Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 365 ABŞ dollarından aşağı enib.
FED.az xəbər verir ki, 19 iyun tarixində iyul fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 364,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (390,9 dollar) ilə müqayisədə 6,7% azdır.