Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 440 ABŞ dollarına yaxınlaşır.
FED.az xəbər verir ki, 9 oktyabr tarixində noyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 436,1 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (415,1 dollar) ilə müqayisədə 7,3% çoxdur.