Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 490 ABŞ dollarını ötüb.
FED.az xəbər verir ki, 11 mart tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə aprel fyuçerslərinin qiyməti 491,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (462,1 dollar) ilə müqayisədə 6,5% çoxdur.