Ötən gün hərracların bağlanışında Avropada qazın 1000 kubmetrinin qiyməti 615 ABŞ dollarını ötüb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 17 mart tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə aprel fyuçerslərinin qiyməti 616,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (603,5 dollar) ilə müqayisədə 2,1% çoxdur.











