Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 542 ABŞ dollarına enib.
FED.az xəbər verir ki, 13 mart tarixində aprel fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 541,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (579,3 dollar) ilə müqayisədə 6,4% azdır.