Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 512 ABŞ dollarından aşağı enib.
FED.az xəbər verir ki, 11 oktyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 510,8 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (542 dollar) ilə müqayisədə 5,8% azdır.