Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 302 ABŞ dollarından aşağı enib.
FED.a xəbər verir ki, 22 yanvar tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə fevral fyuçerslərinin qiyməti 301,8 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (319,8 dollar) ilə müqayisədə 5,6% azdır.