Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 400 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.
FED.az xəbər verir ki, 11 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 404,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (381,8 dollar) ilə müqayisədə 5,9% çoxdur.