Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 345 ABŞ dollarını ötüb.
FED.az xəbər verir ki, 7 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 346,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (328,2 dollar) ilə müqayisədə 5,5% çoxdur.