Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 520 ABŞ dollarından aşağı enib.
FED.az xəbər verir ki, 27 yanvar tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə fevral fyuçerslərinin qiyməti 519,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (539 dollar) ilə müqayisədə 3,6% azdır.