Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 380 ABŞ dollarından aşağı enib.
FED.az xəbər verir ki, 1 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 377,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (399,6 dollar) ilə müqayisədə 5,4% azdır.