Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 320 ABŞ dolları səviyyəsinə enib.
FED.az xəbər verir ki, 22 may tarixində iyun fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 321,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (337 dollar) ilə müqayisədə 4,5% azdır.