Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 313 ABŞ dolları səviyyəsində qərarlaşıb.
FED.az xəbər verir ki, 24 iyul tarixində avqust fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 313 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (323,2 dollar) ilə müqayisədə 3,2% azdır.