Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 512 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.
FED.az xəbər verir ki, 5 aprel tarixində may fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 511,8 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (527,3 dollar) ilə müqayisədə 2,9% azdır.