Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 468 ABŞ dollarına yaxınlaşıb.
FED.az xəbər verir ki, 17 iyun tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə aprel fyuçerslərinin qiyməti 467,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (453,9 dollar) ilə müqayisədə 3% çoxdur.