Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 507 ABŞ dollarınadək bahalaşıb.
FED.az xəbər verir ki, 22 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi 506,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (498,7 dollar) ilə müqayisədə 1,6% çoxdur.