Avropada təbii qazın birja qiymətləri ticarətin açılışında 2,2 % artaraq 1 000 kubmetri 329 ABŞ dolları təşkil edib.
FED.az Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın sentyabr fyuçerslərinin qiyməti ticarət gününü 332,7 ABŞ dolları ilə (+3,1 %) başlasa da, sonradan 329,2 ABŞ dollarına satılıb.