Ötən gün hərracların bağlanışında Avropada qazın 1000 kubmetrinin qiyməti 548 ABŞ dollarından aşağı enib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 10 mart tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə aprel fyuçerslərinin qiyməti 547,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (675,1 dollar) ilə müqayisədə 18,9% azdır.











