Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 300 ABŞ dollarını ötüb.
FED.az xəbər verir ki, 5 iyun tarixində iyul fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 307,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (263,3 dollar) ilə müqayisədə 16,7% çoxdur.