Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 430 ABŞ dollarınadək enib.
FED.az xəbər verir ki, 26 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 430,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (487,1 dollar) ilə müqayisədə 11,6% azdır.