Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 345 ABŞ dollarından aşağı enib.
FED.az xəbər verir ki, 6 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 344,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (382,9 dollar) ilə müqayisədə 10,1% azdır.