Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 400 ABŞ dollarından aşağı enib.
FED.az xəbər verir ki, 29 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 387,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (429 dollar) ilə müqayisədə 9,7% azdır.