Avropada son beş ayda ilk dəfə olaraq min kubmetr qazın qiyməti 400 dolları keçib.
FED.az xəbər verir ki, bu barədə xarici media bildirir.
Niderlandda yerləşən Avropanın ən böyük TTF Mərkəzinin indeksinə görə, iyun ayında bağlanan ən yaxın fyuçerslər hazırda 405 dollar səviyyəsindədir. Əvvəlki günə nisbətən onların artımı 5 faiz təşkil edib. Mayın 22-də min kubmetr qazın qiyməti 385,6 dollar olub.