Almaniyada enerjiyə qənaət üçün ofisləri çox qızdırmamaq tövsiyə olunub. Bu çağırışla Almaniyanın iqtisadiyyat və ətraf mühit məsələləri naziri, vitse kansler Robert Habek çıxış edib.
FED.az xəbər verir ki, nazi ofis olan şirkətləri ofisləri boş yerə qızdırmamağa çağırıb. Nazir bildirib ki, şirketlər enerji ilə bağıl böhranı nəzərə alaraq ofis binalarında temperaturun aşağı salınması imkanını nəzərdən keçirməlidirlər. «Ofisləri saat 23-00-dək isitmək və bu səbəbdən iqtisadiyyatın bütöv sahəsini məhv etmək doğru deyil»-deyə nazir bildirib.
Nazir ofislərin saat 6-dan gecə sata 11-dək qızdırılmasını da doğru saymayıb, pik saatları olmayan vaxtlarda enerjiyə qənaət yaxşı olardı.
Digər tərəfdən Robert Habek bildirib kİ, Almaniya hökuməti Yeni ildə və Pasxa bayramında korporativ istirahət imkanı da pis olmazdı. Belə halda istilik sisteminin işinə fasilə vermək olar.