Oktyabrın 20-si saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub, şimşək çaxıb. Gecə saatlarında Gədəbəyin yüksək dağlıq ərazilərində və Şahdağda qar yağıb. Səhər saatlarından yağıntılar kəsilib.
FED.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Yağıntıların miqdarı Şamaxıda 10 mm, Qobustan, Şahbuz, Şərurda 9 mm, Orubadda 8 mm, Culfada 7 mm, Şahdağda 6 mm, Yardımlı, Lənkəran, Lerik, Biləsuvar, Cəfərxan, Zaqatala, Astara, Qax, Quba, Qusar, Xaltan, Gədəbəy, Sədərək, Neftçala, Altıağac, Balakən, Qrız, Qəbələ, Mingəçevir, Ağdam, Ağsu, Oğuz, Şəki, Tərtər, Gəncə, Daşkəsən, Gədəbəy, Şəmkir, Yevlax, Göyçay, Göygöl, Tovuz, Beyləqan, İmişli, Kürdəmir, Naftalanda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.
Şahdağda 3 sm qar örtüyü əmələ gəlib.
Sumqayıt, Şərur, Göygöl, Göyçay, Yevlax, Cəfərxan, Şəmkir, Qax, Balakən, Altıağac, Şamaxı, Qusar, Qrız, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.
Şimal-qərb küləyi arabir Mingəçevirdə 23 m/s, Tərtər, Naftalanda 18 m/s, Bakıda və Abşeron yarımadasında isə 20 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.
Bəzi rayonlarda müşahidə olunan yağıntılı hava şəraiti oktyabrın 20-i səhərdən tədricən kəsiləcək. Ölkə ərazisində 20-i gündüz və 21-22-də hava şəraiti mülayim, sabit keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.