“Azərbaycanda əcnəbi ovçulara verilən lisenziyalar 1 faiz belə təşkil etmir. Bizə lisenziya üçün müraciət edən şəxslərin böyük əksəriyyəti yerli ovçulardır”.
Eləcə də bax: Azərbaycanda qanunsuz heyvan ovuna görə cərimələr - 10 DƏFƏ ARTIRILIR
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
O qeyd edib ki, qarşımızda duran əsas vəzifə odur ki, vətəndaşlar məsuliyyətli ovçunun necə olmalı olduğunu bilsinlər: “Cərimələrin daha da sərtləşdirilməsi gündəmdədir. Bununla bağlı layihə hazırlanır. Hazırda bu sahədə şəffaflıq təmin olunur. Vətəndaşlar “ASAN Xidmət”ə müraciət edib lisenziya alırlar”.