“Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəriciləri” yeni redaksiyada təsdiq edilib.
FED.az xəbər verir ki, baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəriciləri aşağıdakı kimidir:
- ekologiya, müdafiə, milli təhlükəsizlik, fövqəladə hallar, müdafiə sənayesi, yanğından mühafizə və mülki müdafiə təyinatlı, dövlət və səfərbərlik ehtiyatları saxlanılan əsas fondlar, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və dövlətə məxsus hüquqi şəxslərin balansında olan binalar, o cümlədən onların struktur komponentləri və digər daşınmaz əmlaklar (ilkin dəyəri 500 min manatdan yuxarı olan).
- Qurğular və onların struktur komponentləri: körpülər, tunellər, bütün növ limanlar, o cümlədən aerodromlar, uçuş-enmə zolaqları və dönmə dairələri (dəyərindən asılı olmayaraq); xüsusi radio-televiziya qüllələri, rabitə qurğuları və peyklər (dəyərindən asılı olmayaraq); avtomobil yolları və dəmir yolları (ilkin dəyəri 500 min manatdan yuxarı olan); digər qurğular (ilkin dəyəri 500 min manatdan yuxarı olan).
- Elektrik, metropoliten və dəmiryol stansiyaları (dəyərindən asılı olmayaraq).
- Ötürücü qurğular və onların struktur komponentləri - metal və dəmir-beton dayaqlar üzərində qurulmuş gərginliyi 220 kvt-dan yuxarı olan elektrikötürücü naqillər, qaz, su və kanalizasiya kəmərləri, neft və neft məhsulları üçün kəmərlər (ilkin dəyəri 500 min manatdan yuxarı olan).
- Maşın və avadanlıqlar (ilkin dəyəri 500 min manatdan yuxarı olan).
- Bütün növ nəqliyyat vasitələri (ilkin dəyəri 1,0 mln. Manatdan yuxarı olan).
- Tərkibində qiymətli metalların dəyəri 50 min manatdan yuxarı olan bütün növ əsas vəsaitlər (fondlar).
Qeyd edək ki, bundan əvvəl xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəriciləri aşağıdakı kimi olub:
- Ekologiya müdafiə, milli təhlükəsizlik, fövqəladə hallar, yanğından mühafizə və mülki müdafiə təyinatlı əsas vəsaitlər (ilkin balans dəyəri 1,0 milyard manatdan yuxarı olan).[2]
- Dövlət və səfərbərlik ehtiyatlan saxlanılan tikililər və qurğular (ilkin balans dəyəri 1,0 milyard manatdan yuxarı olan).
- Respublika əhəmiyyətli ötürücü qurğular - neft və neft məhsullarının magistral kəmərləri, magistral qaz kəmərləri, magistral su kəmərləri, 220 kilovoltdan yuxarı olan elektrik verilişi xətləri və qurğuları (ilkin balans dəyəri 2,5 milyard manatdan yuxan olan).
- Elektrik və istilik stansiyaları (dəyərindən asılı olmayacaq).
- Respublika əhəmiyyətli avtomobil və dəmir yolları, körpülər, limanlar (ilkin balans dəyəri 2,0 milyard manatdan yuxarı olan).
- Nəqliyyat vasitələri (ilkin balans dəyəri 5,0 milyard manatdan yuxan olan).
- Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının balansında olan binalar (ilkin balans dəyəri 1,5 milyard manatdan yuxarı olan).
- Tərkibində qiymətli metalların dəyəri 25,0 milyon manatdan yuxarı olan bütün növ əsas vəsaitlər (fondlar).