Türkiyə Statistika Komitəsinin məlumatlarına görə, Fevralda İstehlakçı Qiymətləri İndeksi aylıq müqayisədə 0.16%, illik müqayisədə 19.67% artıb.
FED.az xəbər verir ki, inflyasiyanın aylıq 0,50%, illik 20,10% olması gözlənilirdi.
Ərzaq qiymətləri illik 30.97%-dən 29.25%-ə, aylıq müqayisədə isə 6.43%-dən 0.90%-ə geriləyib.
Baza inflyasiya isə 19.02%-dən 18.12%-ə düşüb.
Bu dəqiqələrdə Dollar/TL məzənnəsi 5.37 səviyyələrindədir. Məzənnə inflyasiya rəqəmlərinə ciddi reaksiya verməyib.
©Marja