Almaniyanın Sosial-Demokratiya Partiyasının lideri Martin Şults Avropada 2025-ci ilədək “Birləşmiş Avropa Ştatları” yaradılması təşəbbüsü ilə çıxış edib.
FED.az xəbər verir ki, bu barədə EU Observer məlumat yayıb. “Federal Avropa yaratmaq üçün konstitusional razılaşmaya ehtiyac var”, - deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, yalnız gücləndirilmiş ittifaq bir sıra aparıcı Avropa ölkələrində geniş yayılan sağçı milliyyətçilərin qarşısını ala bilər.