Nazirlər Kabineti «İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğləri»ndə dəyişiklik edib .
FED.az xəbər verir ki, baş nazir Əli Əsədovun imzaladığı yeni qərarla sözügedən xidmətlərə görə, xidmət haqlarının bir hissəsi artırılıb.
Belə ki, qərara əsasən, məsələn, sənaye nümunəsi patentinin qüvvədə saxlanılması üçün əvvəllər fiziki şəxslər, büdcə təşkilatları və fiziki şəxslər bir dəfə ödəniş edirdilərsə, bundan sonra 11-ci ildən başlayaraq hər artırılan ilə görə 8 manat əlavə ödəniş etməli olacaqlar.
Bundan başqa, qərara görə, əmtəə və ya xidmətin birdən artıq hər sinfi üçün iddia sənədinin ekspertizası üzrə haqq bu cədvəlin 2.10-cu bəndində göstərilən haqqa (yəni 203 manata) 60 manat əlavə edilməklə müəyyənləşdirilir. Bu qərardan əvvəl isə 60 manatlıq məbləğ 40 manat idi. Başqa sözlə, əvvəllər 175 manata (135 + 40 manat) başa gələn prosedur indi 263 manata (203 + 60 manat) başa gələcək.
Digər tərəfdən, qərara əsasən iddiaçının vəsatəti əsasında iddia sənədinin ekspertizasının 1 (bir) ay müddətində aparılması üçün haqq bu cədvəlin 2.10-cu bəndində göstərilən haqqa (203 manata) 180 manat (əvvələ 120 manat idi) əlavə edilməklə müəyyənləşdirilir. Nəticədə, əvvəllər 255 manata (135 + 120 manat) başa gələn prosedur indi 283 manata (203 + 180 manat) başa gələcək.
Bundan başqa, qərara əsasən, bu siyahıya yeni xidmət haqqı əlavə edilib. İndiyədək ixtiranın, faydalı modelin və sənaye nümunəsinin reyestr məlumatlarından çıxarışın verilməsi üçün ödəniş nəzərdə tutulmasa da, bundan sonra həmin xidmət üçün 15 manatlıq xidmət haqqı ödəmək tələb olunacaq.
Dəyişən xidmət haqları aşağıdakı kimidir.
Sıra №-si |
Xidmətin adı |
Ödənilən haqqı (manatla) |
|
Əvvəl |
İndi |
||
1. İxtira, faydalı model və sənaye nümunəsinin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlər |
|||
1.8. |
Sənaye nümunəsi patentinin qüvvədə saxlanılması üçün
|
||
1.8.2. |
11-ci ildən 15-ci ilə kimi |
fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 60 manat, digər şəxslər üçün 300 manat, hər artan il üçün 40 manat artırılmaqla |
fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 60 manat, hər artan il üçün 8 manat artırılmaqla, digər şəxslər üçün 300 manat, hər artan il üçün 40 manat artırılmaqla |
2. Əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlər |
|
||
2.1. |
Əmtəə nişanları və coğrafi göstəricilərin qeydə alınması ilə bağlı dövlət rüsumunun ödənilməsi müddətinə əlavə olaraq 4 (dörd) ay müddətində möhlət verilməsi üçün |
||
2.2. |
Əmtəə nişanının və coğrafi göstəricinin reyestr məlumatlarından çıxarışın verilməsi üçün |
10 manat |
15 manat |
2.3. |
Qeydiyyata alınmış əmtəə nişanına dair müstəsna hüquqların müqavilə əsasında başqa şəxsə girov kimi verilməsi ilə bağlı girov müqaviləsinin qeydiyyatı üçün |
90 manat |
90 manat |
2.4. |
Lisenziya müqavilələrinin qeydə alınması üçün |
|
|
2.4.1. |
bir ədəd əmtəə nişanı üçün |
80 manat |
120 manat |
2.4.2. |
bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün |
50 manat |
75 manat |
2.6. |
Qeydiyyatın qüvvədəolma müddəti qurtardıqdan sonra onun müddətinin uzadılması üçün
|
||
2.6.1. |
əmtəə nişanı üçün |
95 manat |
143 manat |
2.6.2. |
coğrafi göstərici üçün |
45 manat |
68 manat |
2.6.3. |
kollektiv nişan üçün |
145 manat |
218 manat |
2.7. |
Qeydiyyatın qüvvədəolma müddəti keçdikdən sonra müddətin uzadılması üçün verilən 6 (altı) ay müddətinə görə, hər ay üçün:
|
||
2.7.1. |
əmtəə nişanı üçün |
5 manat |
8 manat |
2.7.2. |
coğrafi göstərici üçün |
5 manat |
8 manat |
2.7.3. |
kollektiv nişan üçün |
5 manat |
8 manat |
2.8. |
İddia sənədinə aid olan materialların təqdim edilməsi müddətinin iddiaçının vəsatəti əsasında 2 (iki) ay müddətinə uzadılması üçün |
38 manat |
45 manat |
2.9. |
İddia sənədinin ilkin ekspertizası üçün |
40 manat |
60 manat |
2.10. |
İddia sənədinin ekspertizası üçün |
135 manat |
203 manat |
2.11. |
Əmtəə nişanına dair ilkinliyin istənilməsi üçün |
15 manat |
23 manat |
2.12. |
İddia sənədinin ekspertizası üçün tələb olunan əlavə sənədin verilməsi müddətinin iddiaçının vəsatəti əsasında 2 (iki) ay müddətinə uzadılması |
25 manat |
38 manat |
2.13. |
İddia sənədinin ekspertizasına başlanıldığı tarixdən 1 (bir) ay müddət keçdikdən sonra iddiaçının vəsatəti əsasında iddia sənədinin materiallarına düzəliş və əlavələrin edilməsi üçün |
38 manat |
45 manat |
2.14. |
İddia sənədinin beynəlxalq sistem vasitəsilə qeydiyyatı üçün qəbulu, hazırlanması və göndərilməsi üçün |
40 manat |
60 manat |