Gürcüstan Prezidenti Salome Zurabişvili fevralın 27-də Azərbaycana rəsmi səfər edəcək.
FED.az xəbər verir ki, bu barədə "Report"a Gürcüstanın Azərbaycandakı səfirliyindən bildiriblər.
İkigünlük səfər zamanı S.Zurabişvili ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə edəcək.
Qeyd edək ki, bu, onun ölkə Prezidenti seçilməsindən sonra ilk regional səfəridir.