Gürcüstan hökuməti ölkəyə investisiya axınını gücləndirmək üçün yeni planlar hazırlayıb. Bu planlardan biri də iri transmilli şirkətlərə xüsusi güzəştlərin təqdim olunmasıdır.
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Mamuka Baxtadze dekabrın 10-da keçirdiyi brifinqdə bildirib.
Hökumət başçısı deyib ki, bu güzəştlərdən Gürcüstanda regional ofislər açan transmilli şirkətlər istifadə edə biləcəklər.
ELƏCƏ DƏ BAX: Gürcüstanda çörəyin qiyməti - ÜÇQAT BAHALAŞIB
M.Baxtadze qeyd edib ki, güzəştlərlə bağlı təklif dünyanın 500 ən iri şirkəti daxil olmaqla, böyük sayda iri transmilli şirkətlərə aid olacaq.
Onun sözlərinə görə, bu təşəbbüs qanun layihəsi formasında hazırlanıb və yaxın vaxtlarda parlamentə təqdim olunacaq.
Hökumət başçısı, həmçinin bildirib ki, gələn il Gürcüstanda Avropa İttifaqının standartlarına tam cavab verən ittifaqla azad ticarət rejimindən istifadədə bizə kömək edəcək yeni Gömrük Məcəlləsi qəbul olunacaq. Bu da ölkənin dünya iqtisadiyyatına daha effektiv inteqrasiyasına töhfə verəcək.