Dekabrın 15-də Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
FED.az xəbər verir ki, Sərəncama əsasən, 1 nəfərə “general-leytenant”, 1 nəfərə “general-mayor”, 2 nəfərə “daxili xidmət general-mayoru” ali hərbi rütbəsi verilib.
XXX
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilsin:
“general-leytenant” ali hərbi rütbəsi
general-mayor Etibar Rəsul oğlu İsmayılova
“general-mayor” ali hərbi rütbəsi
polkovnik Şahin Əyyub oğlu Mirzəyevə
“daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi
daxili xidmət polkovniki Aqşin Böyükağa oğlu Kazımova
daxili xidmət polkovniki Asif Eltufat oğlu Məmmədliyə.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 dekabr 2023-cü il