Milli Məclisin ilin son həftəsinə planlaşdırılan son iclaslarında bir sıra qanunvericilik aktlarına dəyişikliklər nəzərdə tutulur.
Milli Məclis “Dövlət ehtiyatları haqqında” yeni qanunu - QƏBUL EDİB
FED.az xəbər verir ki, Milli Məclisin dekabrın 26-da keçiriləcək iclasında aşağıdakı qanun layihələri qəbul ediləcək:
1. Qərbi azərbaycanlıların tarixi Vətənə qayıdışı haqqında Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı.
2. “Arbitraj haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
4. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
5. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
6. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
7. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).