“Azərbaycanın İranla həmsərhəd olan gömrük-keçid məntəqələrində sərnişinlərin gediş-gəlişi tam məhdudlaşdırılıb”.
Eləcə də bax: İranla sərhəddə gömrük-sərhəd məntəqələri - BAĞLANDI
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Xidmətinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov məlumat verib.
O qeyd edib ki, yalnız İranda olan Azərbaycan vətəndaşlarının və Azərbaycanda olan İran vətəndaşlarının öz ölkələrinə qayıtmasına icazə verilir: “Qalan sərnişinlərin gediş- gəlişinə məhdudiyyət davam edir. Bu prosesin nə vaxta qədər davam edəcəyini dəqiq bilmirik. Çünki gömrük-keçid sərhəd məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır və buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edilib".
“Qafqazinfo”