Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Gürcüstanın ölkəmizə quru yolla gediş-gəlişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilməsi xəbərinə münasibət bildirib.
Eləcə də bax: Azərbaycandan Gürcüstana nəqliyyat əlaqəsində məhdudiyyət yoxdur - RƏSMİ
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Natiq Axundov bildirib ki, Azərbaycan tərəfindən Gürcütsanla sərhədə hər hansı məhdudiyyət qoyulmayıb:
“Azərbaycan-Gürcüstan sərhədi bağlanmayıb, əvvəlki qaydada işləyir”.
N.Axundov qeyd edib ki, məhdudiyyət sırf Gürcüstan tərəfindən tətbiq edilir:
“Bu da İrandan Gürcüstana gələn vətəndaşlara qarşı tətbiq edilən məhdudiyyətdir. Bizim tərəfimizdən qapılar açıqdır, gediş-gəliş üçün heç bir problem yoxdur”.
Modern