"Ankara, İstanbul, İzmir və Antalyanın beynəlxalq hava limanlarına reys yerinə yetirən AZAL və “Buta Airways”in fevralın 6-dək əldə edilmiş uçuş tarixi fevralın 6-dan 21-dək olan aviabiletlərinin, 31 mart 2023-cü il daxil olmaqla geri qaytarılması və istənilən digər tarixlərə yenidən bron edilməsi təmin olunur".
FED.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
"Hörmətli sərnişinlər, xatırladırıq ki, qardaş ölkə Türkiyədə baş vermiş zəlzələ nəticəsində aviaşirkətimizin xidmətlərindən yararlana bilməyənlər aviabiletləri geri qaytara və ya ödənişsiz dəyişə bilərlər",- AZAL-ın məlumatında bildirilir.