Avqustun 29-dan 30-na keçən gecə Rusiya Ukraynada müharibə başlayandan bu günə qədər ən kütləvi dron hücumuna məruz qalıb. Məlum olduğu kimi, avqustun 29-u axşam saatlarında Rusiyanın Pskov şəhərinin hava limanına dron hücumu olub. Hərbi aerodroma PUA hücumu nəticəsində dörd İl-76 təyyarəsi zədələnib.
Moskvaya dron hücumu olub, paytaxtın bütün hava limanları bağlanıb - VİDEO
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən gecə ümumilikdə Rusiyanın mərkəzi və cənub-qərbi hissəsinə zərbələr endirilib.
Pskovla yanaşı Bryansk vilayətinin mərkəzində və ətraf ərazilərdə partlayışların baş verdiyi bildirilir. Bir sıra mənbələrin məlumatına görə, Ukrayna dronlarla “Drujba” neft anbarına hücum etməyə cəhd edib. Vilayətin qubernatoru Aleksandr Boqomazın sözlərinə görə, bölgə üzərində 3 dron zərərsizləşdirilib. Bununla yanaşı, Rusiyanın ən böyük müəssisələrindən biri hesab edilən “Kremniy EL” zavoduna da hücumlar edilib. Hücum nəticəsində zavodda yanğın və dağıntı qeydə alınıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ölkənin Orlov, Kaluqa, Tula və Ryazan və Moskva vilayətlərində dronlar zərərsizləşdirilib.
Kütləvi hücum nəticəsində tələfat qeydə alınmayıb.