Rusiyada xəbərçilərə mükafat sistemi işə düşüb. FED.az bildirir ki, Rusiyanın Ədliyyə Nazirliyi ağır cinayətlərin açılmasında polislərə kömək edən vətəndaşların mükafatlandırılması qaydalarını təsdiqləyib.
Sənədə əsasən, Daxili İşlər Nazirliyi cinayətin açılması üçün mükafat elan edib bu barədə öz internet səhifəsində məlumat verəcək. Həmin məlumatı nazirliyə verən şəxs mükafatlandırılacaq.
Qaydaya görə, yerli milis idarələrinin rəhbərləri 500 min rubl (təqribən 7 min dollar) məbləğində mükafat verə biləcəklər. Daxili işlər nazirinin müavini 3 milyon rubla (42 min dollar) qədər, nazirin özü isə 3 milyondan artıq məbləğdə mükafat verə bilər.
Rusiyada «xəbərçilərə» mükafat veriləcək
00:44
28 Avq 2018