New World Wealth tədqiqat şirkətinin ekspertləri, özəl kapitalın həcminə görə ölkələrin reytinqini hazırlayıblar (Global Wealth Migration Review 2019).
FED.az Banker.az-a istinadən xəbər verir ki, 2018-ci ildə ilk onluğa daxil olan ölkələrin kapital həcmi 204 trilyon dollar təşkil edib. Bu, dünya üzrə ümumi özəl kapitalın 74%-dir.
Eləcə də bax:"Cənab Trampa demişdim ki, "Boeing"ləri alacağıq, amma belə getsə..."
10. İtaliya
İtaliya – inkişaf etmiş sənaye-aqrar ölkəsidir. İtaliya iqtisadiyyatı üçün regionlar arasında gəlir səviyyəsinin qeyri-bərabər paylanması xarakterikdir. Belə ki, ölkənin şimalı ilə mərkəzi regionallarının inkişafında kəskin fərqlər var.
9. Fransa
Fransa – yüksək inkişaf etmiş sənaye-aqrar ölkəsidir, sənaye istehsalı sahəsində liderlərdən biridir.
İqtisadi inkişaf Fransanın beynəlxalq aləmdə nüfuzunu artırır.
Ölkə Avropa qitəsinin mərkəzində yerləşir və Qərbi Avropaya ticarət yollarına malikdir: Aralıq dənizi, La-Manş, Atlantika.
8. Kanada
Kanada dünyanın ən varlı ölkələrindən biridir, İqtisadi Əməkdaşlıq və G8 təşkilatların üzvüdür.
Digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Kanada da xidmət sahəsi üstünlük təşkil edir.
Ölkənin xammal sektoru güclü inkişaf edib, onun içində neft və meşə sənayesi xüsusilə fərqlənir.
7. Avstraliya
Avstraliya iqtisadiyyatın böyüklüyünə görə dünyada on üçüncü, ÜDM-un həcminə görə isə altıncı yer tutur.
Avstraliya iqtisadiyyatında xidmət sahəsi üstünlük təşkil edir, ÜDM-da payı 66%-dir. Dağ-mədən sektoru ÜDM-un 10%-ni, təbii ehtiyatların çıxarılması ilə bağlı olan sektorlar isə 9%-ni təşkil edir.
İqtisadi artım dağ-mədən və kənd təsərrüfatı sektorundan asılıdır. Bu məhsullar Şərqi Asiyaya ixrac olunur.
6. Hindistan
Son onilliklər ərzində Hindistanın iqtisadiyyatı stabil artım göstərir. Buna baxmayaraq, ölkənin ayrı-ayrı regionları və rayonları arasında sosial və iqtisadi qeyri-bərabərlik nəzərə çarpır.
Son vaxtlarda Hindistan ingilisdilli mütəxəssislərin sayəsində korporasiyaların və “tibbi turizmin” cəmləşdiyi məkana çevrilib.
Eyni zamanda ölkə proqram təminatının, maliyyə və texniki xidmətlərin ixracatçısına çevrilib.
5. Almaniya
Sənaye və texnologiya sektorlar sahəsində inkişaf baxımından dünyada üçüncü yer tutur.
Almaniya – yüksək inkişaf etmiş ölkədir.
O, sosial təminat, ətraf mühitin qorunması, pulsuz təhsil və universal səhiyyə sistemlərini dəstəkləyir.
4. Böyük Britaniya
Böyük Britaniyanın xidmətlər sahəsi – ölkə iqtisadiyyatının əsas hissəsini, ÜDM-un 75%-ni təşkil edir. London – dünya iqtisadiyyatının “idarəedici mərkəzlərindən” biridir. ÜDM-un həcminə görə Avropa üzrə birinci yerdədir.
Edinburq da həmçinin Avropanın maliyyə mərkəzidir.
Yaxşı inkişaf etmiş bank sektoru və liberal idarəçilik sistemi, ölkəni kriminal gəlirlərin yuyulması mərkəzinə çevirir.
3. Yaponiya
Yaponiya – həyat səviyyəsi yüksək olan, inkişaf etmiş ölkələrdən biridir (insan potensialının inkişaf indeksi üzrə 17-ci yer tutur). Yaponiyanın əhalisi uzunömürlüdür, burada körpələrin ölümü hallarına daha gec-gec rast gəlinir.
Ölkə dünyanın ən güclü iqtisadiyyatlarından biridir, ÜDM-un həcminə görə üçüncü yer tutur.
İxracat üzrə dördüncü, idxalat üzrə isə altıncı yer tutur.
2. Çin Xalq Respublikası
ÇXR sənaye məhsullarının və avtomobillərin istehsalına görə dünya lideridir.
“Dünyanın fabriki” adını daşıyır. Qızıl ehtiyatlarına görə birincidir.
2018-ci ildə özəl kapitalın həcmi 23,6 trilyon dollar təşkil edib.
1. ABŞ
Birləşmiş Ştatlar – nominal ÜDM-un həcminə görə dünya üzrə birinci yer tutur.
Ölkə əhalisi dünyanın ümumi əhalisinin cəmi 4,3%-ni təşkil etsə də, dünya sərvətinin 40% amerikanlara məxsusdur.
ABŞ sosial-iqtisadi göstəricilərə görə liderlik edir. Buraya əmək haqqının səviyyəsi, ÜDM, əmək məhsuldarlığı və s. göstəricilər daxildir.
2018-ci ildə özəl kapitalın həcmi 60,7 trilyon dollara çatıb.