ABŞ-ın Nevada ştatında koronavirusun yayılması səbəbindən Las-Veqas kazinoları daxil olmaqla, bütün əyləncə müəssisələri bağlanır.
Eləcə də bax: Amerikanın fond bazarı - REKORD DƏRƏCƏDƏ ENDİ
FED.az bildirir ki, bunu ştatın qubernatoru Stiv Sisolak açıqlayıb.
“Hər bir oyun aparatı söndürülməlidir”, - siyasətçi deyib.
Bu addım ABŞ-da koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə atılıb.
Xatırladaq ki, daha əvvəl ABŞ-da koronavirusa yoluxanların sayının 5 mini ötdüyü, azı 100 nəfərin öldüyü barədə xəbər verilirdi.
Qafqazinfo