Bu gün Gürcüstanda yeni prezident seçkiləri keçirilib.
FED.az xəbər verir ki, Gürcüstanda keçirilən səsvermədə Mixail Kavelaşvili Gürcüstanın altıncı prezidenti seçilib.
Qeyd edək ki, bu il Gürcüstanda prezident seçkisi fərqli qaydada keçirilib. Dövlət başçısını xalq deyil, seçici nümayəndələr seçiblər. 300 nəfərdən ibarət olan seçici nümayəndələrinə ölkə parlamentinin deputatları, muxtar respubilkanın deputatları və yerli məşvərət orqanlarının nümayəndələri daxil idi.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, hakim “Gürcü Arzusu” partiyasını təmsil edən namizəd Mixail Kavelaşvili 300 seçici arasından 200-dən artıq səs toplayıb.
Gürcüstanın yeni prezidentinin andiçmə mərasimi dekabrın 29-da keçiriləcək.
Qeyd edək ki, Mixail Kavelaşvilinin prezident seçilməsi ilə Gürcüstanda daha bir siyasi qalmaqal başlayıb. Məsələ bundadır ki, Gürcüstanın hazırkı prezidenti xanım Salome Zurabişvilinin səahiyyət müddəti dekabrın 29-da bitir. O bu vəzifəni 2018-ci ildən tutur, amma xanım Zurabişvili yeni prezident seçkilərini qəbul etməyib, seçkilərin legitim olmadığını bildirib və elan edib ki, səlahiyyət müddəti başa çatmayanadək postunu təhvil verməyəcək.