Ötən ay Gürcüstanda iqtisadi artım 5% təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Bu ilin ilk 6 ayı ərzində orta iqtisadi artım isə 4,9%-ə bərabər olub.
May ayı ilə müqayisədə qonşu ölkədə iqtisadi artım 0,3% çoxalıb.
İyun ayında Gürcüstanda artım sənaye, daşınmaz əmlak, kirayə və biznes fəaliyyəti, tikinti, ticarət, nəqliyyat, mehmanxana və restoranlar sektorunda müşahidə olunub. Maliyyə vasitəçiliyi sahəsində isə azalma olub.