Prezident Salome Zurabişviliyə qarşı hakimiyyət qolları arasında hüquq və səlahiyyətlərin dəqiqləşdirilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edilib.
Eləcə də bax: Gürcüstanın Milli Komissiyası: “Avropada ən ucuz qaz Azərbaycandadır”
FED.az xəbər verir ki, səbəb prezidentin hökumətin təklifi ilə bir sıra ölkələrdə səfir təyin etməkdən imtina etməsi olub.
Nazirlər Kabinetinin fikrincə, səfirlərin təyin və vəzifədən azad edilməsi Gürcüstan prezidentinin konstitusiya səlahiyyətlərinə aid deyil. Konstitusiyaya görə, Gürcüstan parlamentli respublikadır. (Apa)