Avropada təbii qazın istehlakına görə ən aşağı qiymət Azərbaycandan sonra Gürcüstandadır.
Eləcə də bax: Samir Şərifov: "Azərbaycanda qazın qiyməti heç nədir"
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının illik hesabatında bildirilib.
Sənədə əsasən, 2021-ci ildə Gürcüstanda qazın istehlakına görə orta tarif bir kubmetrə görə 55 tetri, Azərbaycanda isə 28 tetri təşkil edib. Türkiyədə orta tarifin 80 tetri, Ermənistanda isə 1,06 lari təşkil etdiyi qeyd olunub.
Hesabata əsasən, Avropa ölkələri arasında təbii qazın ən baha olduğu ölkə İsveçdir. Ötən il bu ölkədə “mavi yanacağ”ın bir kubmetrinin dəyəri 5,63 lariyə bərabər olub. (Report)