Ermənistanın dövlət borcu ümumi daxili məhsulda (ÜDM) müəyyən edilmiş 60 faiz həddini keçərək 63,5 faizə çatıb.
Eləcə də bax: Müharibə Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb” - “Eurasia Review”
FED.az xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Atom Cancuqazyan bildirib.
Maliyyə nazirinin sözlərinə görə, dövlət büdcəsinin kəsiri 2020-ci ildə 334 milyard drama çataraq ÜDM-in 5,5 faizini təşkil edib. Halbuki 2020-ci il üçün dövlət büdcəsinin kəsiri 161 milyard dram və ya ÜDM-ni 2,3 faizi səviyyəsində planlaşdırılmışdı.
A.Cancuqazyan vurğulayıb ki, dövlət xəzinəsinin gəlirləri 1 trilyon 560 milyard 655 milyon dram, xərcləri 1 trilyon 894 milyard 647 milyon dram, kəsiri isə 333 milyon 991 min dram təşkil edib. (Report)