Cari ilin yanvar-avqust aylarından Ermənistanı hava yolu ilə 64 076 vətəndaş tərk edib və geri qayıtmayıb.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Joxovurd” qəzeti yayıb.
Eləcə də bax: Bu il on minlərlə insan Ermənistanı - Tərk Edib
“Ermənistanın Mülki Aviasiya Komitəsinin məlumatına görə, yanvar-avqust aylarında “Zvartnoç” hava limanından 701 750 sərnişin uçub. Onlardan 653 697-i geri gəldiyi halda, 48 053 vətəndaş geri qayıtmayıb”, - deyə qəzet yazır.
Həmçinin qeyd olunur ki, cari ilin 9 ayı ərzində “Şirak” hava limanından 42 141 nəfər uçub. Bu vətəndaşlardan 16 023-ü geri qayıtmayıb. Beləliklə, yanvar-avqust aylarında Ermənistanı 64 076 nəfər tərk edib.
Bununla yanaşı bildirilir ki, ölkəni təyyarə ilə tərk edənlər Ermənistanı ümumi olaraq tərk edənlərin dəqiq sayını əks etdirmir. Belə ki, Ermənistan vətəndaşları ölkədən köçmək üçün əsas olaraq quru yollarından istifadə edir.