Ermənistan Azərbaycanla sərhəddə törətdiyi son hərbi təxribatlar zamanı orduya məxsus avtomobillərlə yanaşı, mülki şəxslərin və şirkətlərin maşınlarından da istifadə edib.
Eləcə də bax: Paşinyan Ermənistanın 207 hərbçisinin öldüyünü və itkin düşdüyünü - ETİRAF ETDİ
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Hraparak” yayıb.
“Ölkə rəhbərliyi son hadisələr zamanı ölən hərbçilərin adlarını, tam siyahısını gizlətsə də, müharibə iştirakçılarının sözlərinə görə, onlar orduya məxsus avtomobillərdən istifadə etməklə yanaşı, yaralıların daşınması üçün “Qazprom” şirkətinə məxsus “UAZ” markalı avtomobildən də istifadə ediblər”, - deyə məlumatda qeyd olunub.
Bildirilir ki, Ermənistan mediası “Qazprom Ermənistan”a məsələ ilə bağlı sorğu göndərib. Şirkət isə öz növbəsində sözügedən məlumatları təkzib edib.
“Bizimlə rəsmi olaraq əlaqə saxlanılmayıb, bu səbəbdən də avtomobil göndərməmişik”, - deyə məlumatda qeyd olunub.