Sərhəddəki gərginlik nəticəsində Ermənistan silahlı qüvvələrinin 207 hərbçisi ölüb və ya itkin düşüb, yaralıların sayı isə 293 nəfərdir.
Eləcə də bax: Erməni deputat: "İtkilərimiz 200-ü keçib"
FED.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının yaydığı açıqlamada bildirilib.
Qeyd edək ki, sentyabrın 19-da Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının toplantısı keçirilib.
Şurada açıqlama qəbul olunub. Məlumata əsasən, sentyabrın 12-13-də Ermənistanın törətdiyi genişmiqyaslı təxribat nəticəsində 207 nəfər ölüb, 2 nəfər itkin düşmüş sayılır, 293 nəfər yaralanıb, 20 hərbçi isə əsir düşüb. (Report)