Bu gün Azərbaycanın aparıcı biznes maliyyə saytlarından olan FED.az biznes maliyyə portalının 6 yaşı tamam olur.
FED.AZ (Finance, Economic Development) müstəqil maliyyə xəbər portalı 2017-ci ilin dekabr ayının 15-də təsis edilərək oxucuları ölkədə baş verən mühüm iqtisadi, biznes və maliyyə sahəsinə aid xəbərlərlə (az-rus) gündəlik olaraq məlumatlandırır.
Gündəlik xəbərlərlə yanaşı, redaksiya tərəfindən maliyyə bazarı iştirakçılarının (bank, sığorta və s.) əsas maliyyə göstəriciləri üzrə dövrü renkinqləri, maliyyə, əmlak bazarı və qiymətli kağızlar üzrə aylıq təhlillər, gündəlik birja və tender xəbərləri, həmçinin canlı yayımlar təqdim olunur.
FED.AZ biznes-maliyyə portalı ixtisaslaşmış biznes saytı olduğu üçün strateji məqsədimiz bank sədrlərinə, şirkət rəhbərlərinə, iri biznes sahiblərinə və iş adamlarına faydalı informasiyaları düzgün və peşəkar qaydada çatdırmaqdır.
Hazırda FED.AZ ölkənin ən çox oxunan iqtisadi-maliyyə yönümlü ixtisaslaşmış xəbər saytlarından biridir.
Altı illik fəaliyyətimiz dövründə Fərqli, Enerjili və Dinamik düşündük. Növbəti il üçün fəaliyyətimiz yeniliklərlə dolu daha maraqlı və daha məhsuldar olacaq.
Biznes və maliyyə yeniliklərini bizdən izləməyə davam edin…
Saytımızın hər bir oxucusuna təşəkkür edirik!